Vaşinqton administrasiyası iyulun 1-də Ukraynaya 150 milyon dollarlıq daha bir hərbi yardım paketinin ayrılmasını elan etmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, buraya, xüsusən HAWK zenit-raket kompleksləri üçün 155 mm-lik artilleriya mərmiləri və sursatlar daxildir. Bu və digər silahlar Pentaqonun anbarlarından Kiyevə ötürüləcək.