AZ

"Qalatasaray"ın futbolçusu üçün yarışacaqlar

Rusiyanın "Zenit" klubu "Qalatasaray"ın hücumçusu Barış Yılmaz üçün təklif göndərib.

Publika.az xəbər verir ki, Sankt-Peterburq klubu Türkiyə millisinin üzvünə görə İspaniya təmsilçisi “Osasuna” ilə yarışacaq. Hər iki klub 24 yaşlı vinger üçün 8 milyon avro ödəməyə hazırdır.

Barış Yılmaz ötən mövsüm "Qalatasaray"ın heyətində 55 matça çıxıb, 7 qol vurub, 12 məhsuldar ötürmə verib. "Transfermarkt" universal futbolçunun dəyərini 17 milyon avro qiymətləndirir.

Seçilən
151
50
publika.az

10Mənbələr