AZ

Meksikada narkokartellər arasında qanlı toqquşma: Azı 20 nəfər ölüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Meksikanın cənubundakı Çiapas ştatında narkokartellər arasında baş verən qarşıdurmada azı 20 nəfər ölüb.
Bu barədə ştatın İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Sinaloa kartelinin nümayəndələri ilə digər qrup arasında silahlı münaqişə iyunun 29-da Çiapas ştatının La Konkordiya bələdiyyəsində qeydə alınıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları içərisində 15 meyit olan yük maşını aşkar ediblər, digərlərinin meyitləri isə müxtəlif ərazilərdən tapılıb.
İlkin istintaq məlumatlarına görə, silahlı toqquşma Sinaloa karteli ilə Çiapas və Qvatemala kartelləri arasında sərhəd ərazisinə nəzarət üstündə baş verib.
Mənbə: Excelsior
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
50
oxu.az

10Mənbələr