AZ

Hindistanda dini ayin zamanı yüzdən çox insan ölüb

Hindistanın Uttar-Pradeş ştatının mərkəzi əyalətinin Hathras şəhərində dini ayin zamanı yaranan izdihamda azı 107 nəfər ölüb.

Məlumata görə, ölən 107 nəfərin əksəriyyəti qadınlardır. İlkin məlumatlara görə, tədbir zamanı dini təbliğatçı xüsusi qurulmuş çadırda öz ardıcıllarına müraciət edib. Məkana çoxlu adam toplaşıb, havasızlıq yaranıb və insanlar tələsik çadırı tərk etməyə başlayıblar. Bu arada insanlar bir-birini tapdalayıblar.

Hadisə yerinə təcili tibbi yardım maşınları və polis gəlib. Qurbanların sayının artacağı istisna edilmir.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
3
seher.media

10Mənbələr