AZ

Macarıstanın baş nazirinin Kiyevə səfərindən gözlənti yoxdur – Peskov

Kremlin Macarıstanın baş naziri Viktor Orbanın Kiyevə səfərindən heç bir gözləntisi yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya bu səfərdən heç nə gözləmir və yəqin ki, məsələ ilə bağlı şərh vermək ixtiyarında deyil:

"Macarıstan Aİ Şurasına sədrlik edib və o, açıq şəkildə öz vəzifələrini yerinə yetirməlidir. Ona görə də mən hesab edirəm ki, bu konkret halda diqqət Brüsselin maraqları ilə bağlı öhdəliklərinə yönəldiləcək. Çünki bu, Macarıstanın milli maraqlarından üstündür”, - Kreml sözçüsü əlavə edib.

Bununla belə, Peskov vurğulayıb ki, Orban öz ölkəsinin maraqlarını kifayət qədər sərt şəkildə müdafiə etməyi bilən siyasətçi kimi tanınır.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
47
bakivaxti.az

10Mənbələr