Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus təyyarə tipli pilotsuz təyyarəni məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 2-də Moskva vaxtı ilə saat 15:40 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - deyə bildirilib.