AZ

Ukrayna Ordusu Rusiyada silah anbarına zərbə endirib, əhali evakuasiya olunur

Ötən gecə Ukrayna Ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Voronej vilayətində silah anbarına zərbə endirib.

Bu barədə vilayətin qubernatoru Aleksandr Qusev “Telegram”-da paylaşım edib.

Podqorensk rayonunda yerləşən silah anbarında partlayışlar başlayıb və partlayışlar hələ də davam edir. Qəsəbədə fövqəladə vəziyyət elan olunub, yollar bağlanıb, əhalinin avtobuslarla müvəqqəti sığınacaqlara daşınmasına hazırlıq aparılır.

Qeyd edilib ki, partlayışlar nəticəsində artıq evlərdən biri yanıb.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
39
cebheinfo.az

10Mənbələr