AZ

Belqorod vilayəti üzərində Ukraynaya məxsus PUA vurulub

Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus pilotsuz təyyarəni vurublar.

SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Moskva vaxtı ilə saat 18:45 radələrində Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki hədəflərdə təyyarə tipli pilotsuz uçuş aparatından istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.

Bundan əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna hərbçilərinin PUA-lardan istifadə edərək Krasnoyaruz vilayətində üç yaşayış məntəqəsinə hücum etdiyini bildirmişdi.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
8
sia.az

10Mənbələr