AZ

Asim Xudiyev Konfrans Liqası matçına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev 2024/2025-ci illər mövsümündə ilk təyinatını alıb.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək "Tikveş" (Şimali Makedoniya) - "Breydablik" (İslandiya) görüşünün hakim-inspektoru olacaq.

Skopye şəhərində yerləşən "Todor Proeski" stadionunda keçiriləcək matçı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
15
milli.az

10Mənbələr