Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev 2024/2025-ci illər mövsümündə ilk təyinatını alıb.
Sport24.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək "Tikveş" (Şimali Makedoniya) – "Breydablik" (İslandiya) görüşünün hakim-inspektoru olacaq.
Skopye şəhərində yerləşən "Todor Proeski" stadionunda keçiriləcək matçı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta