AZ

Amerikalılar Mişel Obamanı prezident görmək istəyir –RƏY SORĞUSU

ABŞ-ın sabiq birinci xanım Mişel Obama 2024-cü il prezident seçkilərində Demokratların namizədi olsaydı amerikalı seçicilərin 50 faizi ona səs verəcəkdi.

Azpost.info bildirir ki, bunu Ipsos sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, əgər Mişel Obama və eks-prezident Donald Tramp prezidentlik uğrunda mübarizə aparsa, respondentlərin 50%-i keçmiş birinci xanımı dəstəkləməyə hazırdırlar. Amerikalıların yalnız 39%-i Trampa səs verərdi.

Sorğunun nəticələrinə görə, əgər seçim  Tramp və hazırkı lider Co Bayden arasında olarsa o zaman amerikalılar səslərini bərabər paylayacaqlar: Tramp üçün 40%, Bayden üçün 40%.

Sorğu iyulun 1-2-də 1070 amerikalı arasında keçirilib.

Martın əvvəlində NBC telekanalı Mişel Obamanın ofisinə istinadən bildirmişdi ki, ABŞ-ın keçmiş birinci xanımı 2024-cü ildə prezidentliyə namizəd olmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
7
azpost.info

9Mənbələr