AZ

Seçkiqabağı sorğu: Bayden, Tramp, yoxsa Mişel Obama?

Keçmiş birinci xanım Mişel Obama 2024-cü il prezident seçkilərində demokratların namizədi olsaydı, amerikalı seçicilərin 50 faizi ona səs verərdi.

“Cebhe.info”-nun məlumatlına görə, “Ipsos” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri bunu göstərir. 

Araşdırmaya görə, əgər Mişel Obama və keçmiş prezident Donald Tramp prezidentlik uğrunda mübarizə aparsaydı, respondentlərin 50 faizi sabiq birinci xanımı dəstəkləməyə hazır olardı. Amerikalıların yalnız 39 faizi respublikaçıların namizədi Trampa səs verəcəyini bildirib.

Sorğu zamanı məlum olub ki, Tramp və hazırkı prezident Co Bayden arasında seçim edilərsə, amerikalılar səslərini bərabər paylayacaqlar: Trampın xeyirnə 40 faiz, Baydenə isə 40 faiz respondent səs verməyə hazır olduğunu bildirib.

Sorğu iyulun 1-2-də 1070 amerikalı arasında keçirilib.

Martın əvvəlində “NBC” telekanalı Mişel Obamanın ofisinə istinadən bildirmişdi ki, ABŞ-ın keçmiş birinci xanımı 2024-cü ildə prezidentliyə namizəd olmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
7
cebheinfo.az

9Mənbələr