AZ

Çin Tayvanın balıqçı gəmisini ələ keçirib

Elchi.az xəbər verir ki, Çin sahil mühafizəsi Tayvan balıqçı gəmisini ələ keçirib. Tayvan saxlanılan ekipajı azad etməyə çağırıb.
Çin sahil mühafizə qrupu Fujian əyaləti sahillərində Tayvan balıqçı gəmisini ələ keçirib. Tayvan Sahil Mühafizəsi səlahiyyətliləri tərəfindən edilən şərhdə, gəminin Fujian sahilindən təxminən 20 kilometr uzaqlıqdakı Tayvanın nəzarətindəki Kinmen adaları yaxınlığında yoxlama üçün dünən gecə 2 Çin gəmisi tərəfindən dayandırıldığı ifadə edildi. Qeyd edilib ki, insidentlə bağlı məlumat alındıqdan sonra Tayvanın iki patrul gəmisi balıqçı qayığına yaxınlaşmağa çalışsa da, bir çox Çin sahil mühafizə gəmisinin qarşısını kəsib. Açıqlamada qayığın daha sonra Fujian limanına çəkildiyi, Tayvanın Çinlə əlaqə saxlayacağı və saxlanılan balıqçıların bir an əvvəl sərbəst buraxılmasına çağırıldığı bildirilib.
Bildirilib ki, balıqçı qayığında 6 ekipaj üzvü olub və onlar Çinin ovla bağlı müvəqqəti qadağasına baxmayaraq, xəncər ovlayırmış.
Fevral ayında qeyri-qanuni balıq ovu şübhəsi ilə Tayvanın sahil mühafizəsi tərəfindən təqib edilən Çin balıqçı gəmisi Kinmen adaları yaxınlığında batıb. Hadisədən sonra Çin sahil mühafizəsi bölgədə patrul fəaliyyətlərini artırıb.Şayəstə Hüseynova

Seçilən
32
2
elchi.az

3Mənbələr