AZ

Çin Tayvanın balıqçı gəmisini ələ keçirib

Çin sahil mühafizəsi Tayvan balıqçı gəmisini ələ keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tayvan Sahil Mühafizəsi səlahiyyətliləri tərəfindən edilən şərhdə, gəminin Fujian sahilindən təxminən 20 kilometr uzaqlıqdakı Tayvanın nəzarətindəki Kinmen adaları yaxınlığında yoxlama üçün dünən gecə 2 Çin gəmisi tərəfindən dayandırıldığı ifadə edilib.

Qeyd edilib ki, insidentlə bağlı məlumat alındıqdan sonra Tayvanın iki patrul gəmisi balıqçı qayığına yaxınlaşmağa çalışsa da, bir çox Çin sahil mühafizə gəmisinin qarşısını kəsib. Açıqlamada qayığın daha sonra Fujian limanına çəkildiyi, Tayvanın Çinlə əlaqə saxlayacağı və saxlanılan balıqçıların bir an əvvəl sərbəst buraxılmasına çağırıldığı bildirilib.

Xatırladaq ki, fevral ayında Tayvanın sahil mühafizəsi tərəfindən qeyri-qanuni balıq ovu şübhəsi ilə təqib edilən Çin balıqçı gəmisi Kinmen adaları yaxınlığında çevrilib.

Seçilən
35
2
operativmm.az

3Mənbələr