Rusiya baş nazirinin müavini Aleksandr Novak 2024-cü ildən sonra Ukrayna üzərindən Avropaya təbii qaz nəqlini davam etdirməyə hazır olduqlarını açıqlayıb.Novak Qazaxıstanda jurnalistlərə açıqlamasında Rusiya qazının Ukrayna üzərindən Avropaya daşınması ilə bağlı 2024-cü ildə başa çatacaq müqavilədən danışıb.O, müqavilənin davam etdirilməsinin Ukraynadan asılı olduğunu qeyd edib.Qeyd edək ki, Ukrayna Nazirlər Şurası Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya nəqlini təmin edən razılaşmaların 2024-cü ildən sonra uzadılmayacağını açıqlayıb.Ukrayna administrasiyasının 2023-cü ilin sonu üçün açıqladığı məlumatlara görə, bu ölkədən boru kəmərləri ilə Avropaya nəql edilən Rusiya qazının həcmi ötən il 2022-ci illə müqayisədə 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb.Ukraynanın milli təbii qaz şirkəti "Naftoqaz" ilə Rusiyanın "Qazprom" şirkəti arasında 30 dekabr 2019-cu ildə imzalanan hökumətlərarası sazişdə 2021-2024-cü illər üçün Ukrayna üzərindən Avropaya ildə 40 milyard kubmetr təbii qaz tranziti nəzərdə tutulub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta