AZ

Büdcə azaldı, bu qədər puldan məhrum oldu – AYRILIĞIN MOTİVİ

Sərtan Taşkının "Manisa"dan ayrılmasının səbəbi məlum olub.

İş ondadır ki, Türkiyə klubu maliyyə böhranı ilə üzləşib.

TFF I Liqada uğursuz mövsüm keçirən Manis şəhərinin eyniadlı təmsilçisi sponsorlarının bir hisəssini itirib.

Nəticədə büdcə nəzərəçarpacaq dərəcədə aşağı salınıb. Odur ki, yönətim millimizin üzvü də daxil, xeyli sayda oyunçusu ilə yolları ayırmaq məcburiyyətində qalıb.

26 yaşlı sağ cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Sərtan Taşkın bu ilin yanvar ayında "Turan Tovuz"dan "Manisa"ya keçmişdi. O, I Liqa təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.

Həmyerlimiz "Manisa"da keçirdiyi ilk 6 ayda 12 min dollar maaş alıb. Gələn mövsüm də burada qalsaydı, məvacibi 18 min dollar təşkil edəcəkdi.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
11
sportinfo.az

10Mənbələr