AZ

Azərbaycanda 5 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - RƏSMİ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir. 

Bu barədə Milli.Az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır. 

Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamalara əsasən, 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 5 müəssisə rəhbəri işdən azad edilib.

Qeyd edilib ki, monitorinqlər davam etdiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
49
milli.az

10Mənbələr