AZ

30-a yaxın məktəb direktoruna xəbərdarlıq edilib, 5 məktəbdənkənar müəssisə rəhbəri işdən çıxarılıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə apa-ya agentlikdən məlumat verilib.

Bildirilib ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır.

Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamalara əsasən, 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 5 müəssisə rəhbəri işdən azad edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
49
nocomment.az

10Mənbələr