AZ

Pezeşkiana bütün imkanlarımızla dəstək olmalıyıq - Cəlili

Xalqın seçdiyi hər kəs nüfuzludur və ona qarşı sayğı qorunmalıdır.

Olaylar xəbər verir ki, bu sözləri İran prezidentliyinə namizəd, seçkilərdə Pezeşkiana məğlub olan Səid Cəlili deyib.

"Hörmət etməkdən əlavə, biz seçilənə güclü inkişafa töhvə verməsi üçün bütün imkanlarımızla dəstək olmalıyıq", - Cəlili qeyd edib.

Xatırladaq ki, İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian 53.6 faiz səslə qalib gələrək, ölkənin prezidenti seçilib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
4
olaylar.az

5Mənbələr