AZ

Seçkilərdəki rəqibi Pezeşkianla bağlı çağırış etdi –“BÜTÜN İMKANLARIMIZLA...”

Xalqın seçdiyi hər kəs nüfuzludur və ona qarşı sayğı qorunmalıdır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran prezidentliyinə namizəd, seçkilərdə Məsud Pezeşkiana məğlub olan Səid Cəlili deyib.

 

“Hörmət etməkdən əlavə, biz seçilənə güclü inkişafa töhvə verməsi üçün bütün imkanlarımızla dəstək olmalıyıq”, - Cəlili qeyd edib.

 

Xatırladaq ki, İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian 53.6 faiz səslə qalib gələrək, ölkənin Prezidenti seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
4
senzor.az

5Mənbələr