AZ

Yasamal Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTOLAR

Yasamal Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

"Unikal" xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri,akademik Əhliman Əmiraslanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yasamal Rayon Ağsaqqallar Şurasının sədr müavini, professor Fuad Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Konfransda Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib. Sonra torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öz çıxışında Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayaraq, ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı mühüm rolundan bəhs edib.

Həmçinin  Azərbaycan Ağsaqqallar Şurasının yaranma tarixi və fəaliyyəti barədə məlumat verən natiq bildirib ki, təşkilatın üzvləri  hər zaman dövlətimizə və dövlətçiliyimizə böyük ximətlər göstəriblər. Müasir və müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin və onun  layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ağsaqqallara olan qayğısından söz açıb. Ağsaqqalların Yasamal rayonundakı aktiv fəaliyyətindən də ətraflı danışan natiq onlara uzun və sağlam ömür, konfransın işinə isə uğurlar arzulayıb. Yasamal Rayon Ağsaqqallar Şurasının sədr müavini, professor Fuad Məmmədov hesabat məruzəsində təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. 

Qeyd edib ki, 600-dən çox üzvü olan Yasamal Rayon Ağsaqqallar Şurası hesabat dövrü ərzində öz fəaliyyətini İş Planı əsasında quraraq, bir çox tədbirlər və görüşlər keçirib, həmçinin təşkilatın üzvləri Rayon İcra Hakimiyyətinin və digər qurumların iclaslarında, o cümlədən Prezident təqaüdçüsü Cəlal Qurbanov rəhbərlik etdiyi "Mənim oğlum qəhrəmandır", "Mənim atam qəhrəmandır" layihəsində yaxından iştirak ediblər. Fuad müəllim rayon məktəblərində və digər müəssisələrdə keçirilən maarifləndirici görüşlərdəndə bəhs edərək vurğulayıb ki, təşkilatın əsas məqsədlərindən biri də yeni sosial-mədəni strategiyanın təbliğidir. Çıxışı zamanı bəzi təkliflər irəli sürən natiq bildirib ki, yerli televiziya kanallarında ağsaqqal və ziyalıların iştirakı ilə maarifləndirici verilişlərin efirə getməsi çox məqsədəuyğun və səmərəli olardı. Fuad Məmmədov bundan sonra da fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.Konfransda çıxış edən digər natiqlər, Yasamal Rayon Ağsaqqallar Şurasının üzvləri – Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev, Rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Rasim Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bəstəkar Cəlal Qurbanov və başqaları təşkilatın fəaliyyətindən bəhs edərək görülən işləri qənaətbəxş hesab ediblər. Natiqlər, həmçinin, ölkəmizin dinamik inkişaf prosesindən də söz açaraq vurğulayıblar ki, o xalq xöşbəxtdir ki, Heydər Əliyev kimi Ümummilli Lideri var və o xalq daha xoşbəxtdir ki, onun Ümummilli Liderininyolunu uğurla davam etdirən cənab İlham Əliyev kimi Prezidenti var.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müasir tariximizin qurucusu  Heydər Əliyevin Vətənimiz qarşısında böyük xidmətlərindən ətraflı bəhs edən natiq Ulu Öndərin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin  uğurlu prezidentlik fəaliyyətindən, onun rəhbərliyi ilə ölkəmizin qazandığı misilsiz nailiyyətlərdən  söz açıb. Vurğulayıb ki, Ata vəsiyyətini yerinə yetirərək işğal altındakı torpaqlarımızıişğaldan azad edən, xalqımıza böyük Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımız üçrəngli bayrağımızı Qarabağda və işğaldan azad edilmiş bütün torpaqlarımızdadalğalandırıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda böyük bərpa-quruculuq işləri həyata keçirilir və artıq “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdırlar. Artıq dövlət mütəqilliyimiziinqurtuluşundan başlanan yol işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışla nəticələnir. Həmçinin dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli siyasəti və diplomatik istedadı  nəticəsində Qazaxın 4 kəndinin qaytarılmasından və digər uğurlarımızdan bəhs edən akademik Əhliman Əmiraslanov bildirib ki, ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-un bir neçə ay sonra Bakıda keçirilməsi Azərbaycanın və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dünya ölkələri arasında böyük nüfuza sahib olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara göstərdiyi böyük diqqət və qayğıdan da danışan natiq qeyd edib ki, hazırda  35 mindən çox üzvü olan Azərbaycan Ağsaqqallar Şurası qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək fəaliyyətini daha geniş və effektiv şəkildə davam etdirir. Ağsaqqalların hər zaman ölkəmizin ictimai-siyasi və mədəni həyatında aktiv fəaliyyət göstərdiklərinivurğulayan akademik Əhliman Əmiraslanov cəmiyyətimizdəkiproblemlərə də toxunaraq, boşanmların sayının gündən-günə artmasından, bəzi bölgələrdə hələ də erkən nikahlar bağlanmasından, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artmasındantəəssüf hissi ilə söz açıb. Ağsaqqallarımızın bütün bu mənfi hallara qarşı cəmiyyətimizlə birlikdə daha təsirli mübarizə aparmalı olduqlarını vurğulayıb. Əsasən təhsil müəssisələrində tədbirlərin sayının və effektinin yüksəldilməsini zəruri hesab edərək bildirib ki, ağsaqqallarımız gənclərimzdən öz öyüd və nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov konfrans zamanı qaldırılan bəzi məsələlərin həll edilməsi üçün müvafiq qurumlarla danışıqlaraparacağını bildirərək, həm ağsaqqal, həm də bir həkim kimi tədbir iştirakçılarına möhkəm cansağlığı və uğurlar diləyib.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
unikal.az

10Mənbələr