AZ

Bayraktar PUA-larının Serbiya yaxınlığında uçduğu iddia edilir

Bakı,TurkicWorld

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovonun keçən il aldığı Bayraktar TB2 PUA-ların 5 və 20 iyun tarixlərində Serbiya yaxınlığında uçduğunu ifadə edib.

TurkicWorld xəbər verir ki, uçuşun baş verdiyi ərazinin NATO-nun Kosovo Sülh Qüvvələrinin (KFOR) nəzarətində olan ərazi olduğunu bildirən Vuçiç KFOR-un nəzarətində olan əraziyə hörmət etdiklərini bildirib. Vuçiç bunun ölkəsi üçün təhlükəsizlik problemi yaratmadığını ifadə edib.

Kosovo müdafiə naziri Ejup Maqedonci Bayraktar TB2 PUA-larının Serbiyanın yaxınlığından uçması və Serbiya ordusunun imkanlarını izləməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.

“Bizim Kosovo Təhlükəsizlik Qüvvələrinin tərkibində Bayraktar TB2 PUA-ları ilə işləyən pilotsuz hava sistemləri bölməmiz var və onların əməliyyatları normal olaraq Kosovo Respublikasının ərazisində, heç bir qonşu ölkəyə casusluq etmək niyyəti olmadan və heç bir məqsəd olmadan həyata keçirilir.”, – nazir bildirib.

Qeyd edək ki, Serbiya 2008-ci ildə müstəqilliyini elan etmiş Kosovonu hələ də öz ərazisi hesab edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
46
turkic.world

10Mənbələr