“Baykar” baş direktoru Haluk Bayraktar şirkətin layihələri və pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma” və təyyarənin yerli mühərriki haqqında əhəmiyyətli açıqlamalar verib.

İndex.az xəbər verir ki, Haluk Bayraktar “Capital”a verdiyi açıqlamalarda şirkətin yol xəritəsi haqqında dəyərli məlumatlar açıqlayıb.

Bayraktar hazırda “Bayraktar TB2” və “Bayraktar Akıncı PUA”nı dünyanın 34 ölkəsinə ixrac etdiklərini söyləyir.

2023-cü ildə 1 milyard 770 milyon dollarlıq ixrac həyata keçirən şirkət Türkiyənin müdafiə və aerokosmik ixracatının 32%-nə sahibdir.

Şirkət həmçinin Latın Amerikası, Aİ və NATO ölkələri kimi yeni coğrafiyalarda böyüməyi hədəfləyir.

“Baykar” “Ar-Ge” sərmayələrini davam etdirmək üçün 5 il ərzində ən az 1,5 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Ancaq şirkətin ən böyük layihəsi pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”dır.

Haluk Bayraktar “Bayraktar Kızılelma”nın inkişafı üçün 1 milyard dollar ayrıldığını bildirərkən, 2023-cü ildə mühərrikə investisiya qoymağa qərar verdiklərinə diqqət çəkib.

Bu çərçivədə şirkət 5 il ərzində 300 milyon dollarlıq mühərrik investisiyası edəcək.