AZ

Netanyahu deyir ki, HƏMAS-la atəşkəs danışıqları gələn həftə bərpa olunacaq

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi cümə günü bildirib ki, İsrail kəşfiyyat agentliyinin başçısı Dohada keçirilən danışıqlardan geri dönüb və İsrail-HƏMAS müharibəsində atəşkəs əldə etmək üçün danışıqlar gələn həftə davam edəcək.Ancaq onun ofisi qeyd edib ki, tərəflər arasında hələ də atəşkəs və girovların azad edilməsi ilə bağlı razılıqla əlaqədar boşluqlar mövcuddur.Mossadın direktoru David Barnea qətərli vasitəçilərlə görüşlər keçirib. HƏMAS atəşkəs təklifini yenilədiyi bir vaxtda, İsrail bildirib ki, onlar danışıqları davam etdirəcək.HƏMAS-ın sözçüsü cümə günü bildirib ki, ABŞ-ın Qəzzada atəşkəslə bağlı planına irəli sürdüyü dəyişikliklər vasitəçilər tərəfindən “müsbət qarşılanıb,” ancaq onlar deyib ki, İsrailin mövqeyi aydın deyil.Ağ Ev cümə günü bildirib ki, ABŞ Prezidenti Co Bayden çox güman ki, növbəti ay Vaşinqtona səfər edəcək Netanyahu ilə görüşəcək.Atəşkəs danışıqları fələstinli rəsmilər İsrailin İordan çayının qərb sahilində Cenin şəhərində yeddi fələstinlinin öldürülməsindən sonraya təsadüf edib. İsrail ordusu orada “terrorla mübarizə fəaliyyəti" həyata keçirdiyini bildirib.İsrail əsgərləri “terrorçuların barrikada qurduqları binanı mühasirəyə alıblar” və ordu qeyd edib ki, hava hücumu nəticəsində yaxınlıqdakı “bir neçə silahlı terrorçu vurulub.”Cümə axşamı İsrail qüvvələri və Livanda qərargahlanan militant qrupu Hizbullah arasında sərhəddə atışma baş verib. Son aylarda baş verən atışmalar Qəzzada müharibənin daha geniş regional münaqişəyə çevriləcəyinə dair narahatlıqları artırıb.Hizbullah İsrail bazalarına 200-dən çox raket atdığını bildirib. Həmin hücumda həmçinin partlayıcı dronlardan istifadə olunub. İranın dəstəklədiyi qrup bildirib ki, o, İsrailin çərşənbə fünü komandirlərinin birini öldürməsinə cavab olaraq bunu edib.Hizbullahın hücumu nəticəsində İsrail boyu sirena səsləri eşidilib. İsrail ordusu mərmilərdən çoxunu əngəllədiyini və Livanda mövqelərə yeni hava hücumları etdiyini bildirib.İsrailin Qəzzada HƏMAS-a qarşı müharibəsi HƏMAS-ın başçılıq etdiyi militantların oktyabrın 7-də İsrailin cənubuna hücum edərək, İsrail rəsmilərinin dediyinə görə, 1200 nəfəri öldürüb, 250-dən çox insanı girov götürməsindən sonra başlayıb.İsrailin əks-hücumu nəticəsində, Qəzza səhiyyə nazirliyinin məlumatına görə, 38 mindən çox insan ölüb, 87 mindən çox insan yaralanıb.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
50
regionxeberlericom.az

10Mənbələr