AZ

İsrailin yeni əməliyyat planları HAZIRDIR

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Livandan Məcdəl Şəms kəndinə hücumdan sonra təhlükəsizlik vəziyyətini dəyərləndirib və əməliyyat planları hazırlayıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova məlumat verib.

 

O deyib ki, Halevi Livan şiə hərəkatı Hizbullahın 10-16 yaş arası 12 uşağın ölümü ilə nəticələnən İsrailin şəhərinə hücumundan sonra vəziyyəti qiymətləndirib və əməliyyat planları hazırlayıb.

 

Ukolovanın sözlərinə görə, bu planlar İsrail hökumətinin təsdiqinə təqdim olunacaq.

 

Ordu sözçüsü qeyd edib ki, baş qərargah rəisi iyulun 28-nə keçən gecə Məcdəl Şəmsə səfəri zamanı təhlükəsizlik məsələləri ilə bağlı müşavirə keçirib. Onun sözlərinə görə, əməliyyat planlarının hazırlanması Halevinin "indi keçirdiyi" "müntəzəm iclas" zamanı müzakirə olunub.

Seçilən
154
50
modern.az

10Mənbələr