AZ

Netanyahu Kabineti topladı: Livan sərhədinə hərbi texnika daşınır -ƏMƏLİYYAT GÖZLƏNİLİR...

İsrailin Baş naziri Benyamin Netanyahu Livandan raket hücumu ilə əlaqədar İsrailin reaksiyasına qərar vermək üçün Təhlükəsizlik Kabinetini toplayıb.

 

Senzor.az bildirir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.

 

Məlumata görə, iclasda müdafiə naziri, milli təhlükəsizlik müşaviri, Netanyahunun qərargah rəisi, MOSSAD-ın rəhbəri və digər hökumət üzvləri iştirak ediblər.

 

Müxtəlif rəsmi şəxslər hökumətin cavab tədbiri üçün əməliyyat planını təsdiq edəcəyini gözləyirlər. Lakin əməliyyatın miqyası hələ dəqiqləşməyib. 

Bu arada Teleqram kanallarında İsrailin Livanla sərhəd ərazilərə hərbi texnika daşıdığına dair görüntülər paylaşılıb. Təl-Əvivin yaxın 48 saat ərzində Livana hücum edəcəyi haqda iddialar var.

 

Xatırladaq ki, Livandan İsrailə atılan raket Məcdəl-Şəmsdəki stadiona düşün və 12 nəfər ölüb, 30 nəfər yaralanıb. İsrail hadisəyə görə Livan Hizbullah hərəkatını günahlandırıb. Hizbullah isə öz növbəsində raket hücumunda iştirakını qəti şəkildə rədd edib.


Seçilən
153
1
senzor.az

10Mənbələr