AZ

Almaniya və İngiltərə millilərinin azarkeşləri arasında dava düşüb

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İspaniya yığmasına məğlub olan meydan sahiblərinin azarkeşləri ilə ingiltərəli fanatlar arasında dava düşüb.

Apasport.az "Daily Mail"ə istinadən xəbər verir ki, buna İngiltərə millisinin azarkeşlərinin almaniyalı fanatları ələ salması səbəb olub.

İngiltərəli azarkeşlər yerli fanatları Almaniyanın mübarizəni dayandırmasına görə ələ salıb, onları təhqir edən mahnılar və İspaniyanı dəstəkləyən şüarlar səsləndiriblər. Bu, fanatların bir-birinə plastik qablar atmasına və davaya səbəb olub. Nəticədə hadisəyə polislər müdaxilə etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, İspaniya yığması Almaniyanı 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala vəsiqə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
11
apasport.az

10Mənbələr