AZ

Almanlarla ingilislər arasında dava düşdü

Almaniya millisinin Avro-2024-ün 1/4 finalında İspaniyaya uduzmasından (1:2) sonra Düsseldorfda almaniyalı azarkeşlər ilə britaniyalı fanatlar arasında kütləvi dava baş verib.

Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, ingilislər ispanların məğlubiyyəti fonunda almanları təxribata çəkməyə başlayıblar. Eyni zamanda onlara “Almanların müharibədə qalib gəldiyini heç görmüsünüzmü?” - deyə qışqırıblar.

Bu, alman azarkeşləri hirsləndirib və kütləvi dava ilə nəticələnib. Almanlar qarşı tərəfə boş qədəhlər atıblar. İngilislər isə pivə dolu stəkanlarla cavab verməkdən çəkinməyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
5
publika.az

10Mənbələr