AZ

Rusiya güləşçiləri Paris Olimpiadasından imtina etdilər

Rusiya güləşçiləri avqustun 5-11-də Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəklər.

Sportnet.az-ın məlumatına görə, bu barədə Rusiya Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Rusiya idmançıları 18 mümkün olimpiya lisenziyasından 16-nı qazanıb. Lakin Beynəlxalq Olimpiya Komitəsi titullu güləşçilər Abdulraşid Sadullayev, Zaurbek Sidakov, Zaur Uquyev, Musa Evloyev və Rusiya yığmasının digər rəhbərlərinin iştirakına icazə verməyib:

“Bununla əlaqədar Rusiya Güləş Federasiyasının İcraiyyə Komitəsində sərbəst, qadın və yunan-Roma güləşi üzrə Rusiya yığmalarının məşqçilər heyəti və Olimpiya Oyunlarına dəvət almış idmançılarla geniş tərkibdə görüş keçirilib. Onların Olimpiya Oyunlarında iştirak etməməsi barədə yekdil qərar verilib".


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
6
sportnet.az

7Mənbələr