AZ

Britaniyanın yeni Baş naziri jurnalistlər üçün ilk mətbuat konfransını keçirib

Britaniyanın

London, 6 iyul, AZƏRTAC

Britaniyanın yeni Baş naziri Kir Starmer jurnalistlər üçün ilk mətbuat konfransını keçirib.

AZƏRTAC xəbər verir ki, o, yeni hökumətin artıq fəaliyyətə başladığını bildirib. K. Starmer iyulun 7-də Böyük Britaniyanın bütün dörd ölkəsini ziyarət etmək üçün səfərə çıxacağını diqqətə çatdırıb.

“Əvvəlcə Şotlandiyaya, sonra Şimali İrlandiyaya, daha sonra Uelsə gedəcəyəm, orada birinci nazirlərlə görüşəcəyəm”, - deyə o, qeyd edib.

Baş nazir deyib ki, o, Böyük Britaniyada fərqli iş üsulu qurmaq istəyir. Kir Starmer vəzifəyə gəldikdən sonra artıq bir sıra dünya liderləri ilə danışdığını və NATO Sammiti üçün növbəti həftə Vaşinqtona gedəcəyini qeyd edib.

Baş nazir çıxışında təhlükəsizlik və müdafiə məsələlərinin hökumətin bir nömrəli vəzifəsi olduğunu vurğulayıb.

O, əvvəlki hökumətin mübahisəli Ruandaya deportasiya planı haqqında da danışıb. Deyib ki, bu layihə reallaşdırılmağa başlamadan əvvəl “ölüb” və “basdırılıb”.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
21
azertag.az

10Mənbələr