AZ

Britaniyanın baş naziri NATO sammitini qəfildən tərk etdi: Bu səbəbdən...

Ötən gün ABŞ-da keçirilən NATO sammitində maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, toplantıda iştirak edən Böyük Britaniyanın yeni baş naziri Kir Starmer iclası qəfildən tərk edib. O, Avro-2024-ün yarımfinal mərəhləsi çərçivəsində Niderland ilə qarşılaşan İngiltərə millisinin qazandığı penaltisini izləmək üçün zalı tərk edib.

Harri Keyn fərqləndikdən sonra Starmer toplantıya geri qayıdıb.

Qeyd edək ki, sözügedən matç İngiltərə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İyulun 14-də baş tutacaq final matçında Qaret Sautgeytin yetirmələri İspaniya yığması ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
21
publika.az

10Mənbələr