AZ

Britaniyanın Baş naziri: Ukrayna Rusiyaya zərbələr endirmək üçün "Storm Shadow"dan istifadə edə bilər

Ukraynanın Rusiya daxilindəki hərbi hədəfləri vurmaq üçün Britaniyanın "Storm Shadow" raketlərindən istifadə edə bilər. 

Xezerxeber.az “Bloomberg”ə istinadla xəbər verir ki, bunu Britaniyanın Baş naziri Kir Starmer deyib.

Baş nazir əvvəlki Böyük Britaniya hökumətinin Rusiya-Ukrayna müharibəsində uzaqmənzilli raketlərindən istifadə siyasətini davam etdirəcəyini təsdiqləyib.

Kir Starmer "Storm Shadow" raketlərindən necə istifadə etməsinin Ukraynaya aid bir məsələ olduğunu bildirərək deyib: “Raketlər beynəlxalq humanitar hüquqa uyğun, müdafiə məqsədləri üçün istifadə edilməlidir. Lakin müdafiə məqsədləri üçün raketləri necə istifadə etməklə bağlı qərar Ukraynanın işidir”,- deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
21
xezerxeber.az

10Mənbələr