Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo millinin Avro-2024-dən ayrılmasından sonra sosial şəbəkələrdə azarkeşlərə müraciət edib.
Busaat.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
“Biz daha çox istəyirdik. Biz daha yaxşısına layiq idik. Bizim üçün, hər biriniz üçün əminəm ki, meydanda və meydandan kənarda bu irs şərəflənəcək və inkişaf etdiriləcək”, – Ronaldo yazıb.
Qeyd edək ki, iyulun 5-də Portuqaliya 2024-cü il Avropa çempionatının 1/4 finalında Fransaya uduzub.
Vəli Hüseynov