Almaniyada polis işləyən türkiyəli gənc azarkeşlərə müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Türkiyəli polis azarkeşləri siyasi jestlərdən uzaq durmağa çağırıb:
“Sevgili dostlar, biz azarkeşlərin yürüşlərini dayandırmaq məcburiyyətində olduq. Xahiş edirəm, siyasi simvolları göstərməkdən uzaq duraq, sadəcə millimizi dəstəkləyək”.