AZ

Braziliya millisinin baş məşqçisi ilə bağlı qərar verildi

Braziliya Futbol Federasiyası millinin baş məşqçisi Dorival Juniorla bağlı qərar verib.

Futbolinfo.az xəbər verir ki, milli Amerika kubokunda mübarizəni dayandırsa da, mütəxəssislə əməkdaşlıq davam etdiriləcək.

Bu barədə qurumun prezidenti Ednaldo Rodriqes məlumat verib: “İki aydan sonra dünya çempionatına vəsiqə uğrunda oyunlar başlayacaq və plan belədir: Dorival ilə işi davam etdirmək.

Dorival nəyin səhv olduğunu yaxşı bilir. Bunun üzərində rəqabətli komanda qura bilərsiniz. Layihənin əsas məqsədi budur. Çünki hər dəfə dəyişiklik edəndə yenidən başlayırsan və bu həmişə daha çətin olur”.

Braziliya Amerika kubokunun 1/4 finalında Uruqvaya (0:0, penaltilər- 2:4) uduzub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
23
futbolinfo.az

10Mənbələr