AZ

Kolumbiyanın baş məşqçisi finalda fasilənin uzadılmasını tənqid etdi

Amerika Kuboku 2024 finalı ərəfəsində qaydalara dəyişiklik edilməsinə qərar verilib. Hissələr arasında 15 dəqiqəlik fasilə əvəzinə komandalar 25 dəqiqə istirahət edəcək. Buna səbəb kolumbiyalı ulduz Şakiranın çıxışı olub. Matc.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında Kolumbiya yığmasının baş məşqçisi Nestor Lorenzo qərarı tənqid edib. O hesab edir ki, heç bir şey qaydalara mane ola bilməz və hər şey qaydalara uyğun olmalıdır. Lorenzo xatırladıb ki, bəzi komandalar və məşqçilər fasilədən sonra gec qayıtdıqları üçün turnir boyu cərimələniblər. “16-cı dəqiqədə meydana çıxanda bizə sanksiya verdilər, indi belə çıxır ki, şou olacaq və biz 20-25-ci dəqiqədə çıxmalıyıq”. Lorenzo özü, eləcə də Argentina millisinin baş məşqçiləri Lionel Skaloni və Peru Rikardo Qareko bu sanksiyalara məruz qalıb. Lorenzo uzadılmış fasilənin oyunçuların fiziki vəziyyətinə də təsir edəcəyi ilə bağlı narahatlığını da ifadə edib. Xatırladaq ki, Amerika Kuboku 2024-ün final matçı iyulun 15-i səhər saatlarında baş tutacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
23
matc.az

10Mənbələr