AZ

Bakı və Ər-Riyad ikitərəfli münasibətləri müzakirə etdi

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev krallığın xarici işlər nazirinin müavini Əbdülkərim Əl-Xurayci ilə iki ölkə arasında ikitərəfli münasibətləri müzakirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin xarici siyasət idarəsi məlumat yayıb. “Xarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim Əl-Xurayci bu gün nazirliyin Ər-Riyaddakı ofisində Azərbaycan Respublikasının Krallıqdakı səfiri Şahin Abdullayevi qəbul edib”, – məlumatda diqqətə çatdırılıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və onların bütün sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolları müzakirə olunub, habelə qarşılıqlı maraq doğuran mövzulara toxunulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
46
15
buta.tv

10phrase_var_article.sources