AZ

Azərbaycan səfiri Səudiyyənin XİN başçısının müavini ilə ikitərəfli münasibətləri müzakirə etdi

Azərbaycan

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev krallığın xarici işlər nazirinin müavini Əbdülkərim Əl-Xurayci ilə iki ölkə arasında ikitərəfli münasibətləri müzakirə edib.Ulusum.az xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin xarici siyasət idarəsi məlumat yayıb.“Xarici işlər nazirinin müavini, mühəndis Vəlid bin Əbdülkərim Əl-Xurayci bu gün nazirliyin Ər-Riyaddakı ofisində Azərbaycan Respublikasının Krallıqdakı səfiri Şahin Abdullayevi qəbul edib”, – məlumatda diqqətə çatdırılıb.Bildirilib ki, görüşdə “iki ölkə arasında ikitərəfli münasibətlər və onların bütün sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolları müzakirə olunub, habelə qarşılıqlı maraq doğuran mövzulara toxunulub”.

Diqqət Çəkənlər

Azərbaycanda qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Bakıda polisə bıçaqla müqavimət göstərməkdə şübhəli bilinən şəxs tutuldu

Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi keçirildi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
15
ulusum.az

10Mənbələr