AZ

3x3 basketbol millimizin oyunlarının təqvimi açıqlanıb

Qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Dünya Seriyasının Bordo mərhələsində iştirak edəcək Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.

Bakıvaxtı.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunda yer alan komanda ilk görüşünü iyulun 9-da, Bakı vaxtı ilə saat 21:30-da İrlandiya, Avstriya və "Bordo Ballistik" komandalarının yer aldığı qrupun qalibi ilə keçirəcək.

Növbəti rəqib isə İspaniya yığması olacaq. Bu qarşılaşma həmin gün, Bakı vaxtı ilə 23:15-də start götürəcək.

Qeyd edək ki, qruplarda ilk iki pilləni tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
45
3
bakivaxti.az

4phrase_var_article.sources