AZ

Millimizin oyunlarının təqvimi bəlli oldu

Azərbaycanın 3x3 basketbol millisinin Qadın Seriyasının Bordo mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Prosport.Az xəbər verir ki, Raşa Deliçin rəhbərlik etdiyi komanda ilk görüşünü iyulun 9-da İrlandiya, Avstriya və “Bordo Ballistik” komandalarının yer aldığı seçmə mərhələnin qrup qalibinə qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:30 –da başlayacaq.

Qrupda növbəti rəqib isə İspaniya yığması olacaq və qarşılaşma Bakı vaxtı ilə saat 23:15-də start götürəcək.

Qeyd edək ki, qruplarda ilk iki pilləni tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
3
prosport.az

4Mənbələr