AZ

İlqar Məmmədov imza vərəqələrini götürdü

REAL Partiyasının sədri İlqar Məmmədov deputatlığa namizədlik üçün imza vərəqələrini alıb.

Bu barədə partiya sədri özü bildirib.

"22 saylı Nəsimi-Yasamal dairəsində yaşayan 450 vətəndaşın imzasını toplayandan sonra adım səsvermə bülletenində olacaq. Siz hansı dairədə qeydiyyatdasınız? Bunu bilmək istəyirsinizsə, MSK saytına keçid edib yoxlaya bilərsiniz. Nəsimi-Yasamal dairsəndə seçicisinizsə, ofisimizə də gəlib imza qoya bilərsiniz", - İlqar Məmmədov sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bir müddət əvvəl REAL Partiyası Siyasi Komitəsinin növbədənkənar parlament seçkilərində 13 namizədlə iştirak edəcəyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
3
anspress.com

4Mənbələr