REAL Partiyasının sədri İlqar Məmmədov deputatlığa namizədlik üçün imza vərəqələrini alıb.
Modern.az xəbər verir ki, bu barədə partiya sədri öz bildirib.
"22 saylı Nəsimi-Yasamal dairəsində yaşayan 450 vətəndaşın imzasını toplayandan sonra adım səsvermə bülletenində olacaq. Siz hansı dairədə qeydiyyatdasınız? Bunu bilmək istəyirsinizsə MSK saytına keçid edib yoxlaya bilərsiniz. Nəsimi-Yasamal dairsəndə seçicisinizsə, ofisimizə də gəlib imza qoya bilərsiniz",-İlqar Məmmədov sosial şəbəkədə yazıb.
Qeyd edək ki, bir müddət əvvəl REAL Partiyası Siyasi Komitəsinin növbədənkənar parlament seçkilərində 13 namizədlə iştirak edəcəyi bildirilib.