RU

İlqar Məmmədov imza vərəqələrini götürdü

REAL Partiyasının sədri İlqar Məmmədov deputatlığa namizədlik üçün imza vərəqələrini alıb.

Modern.az xəbər verir ki, bu barədə partiya sədri öz bildirib.

"22 saylı Nəsimi-Yasamal dairəsində yaşayan 450 vətəndaşın imzasını toplayandan sonra adım səsvermə bülletenində olacaq. Siz hansı dairədə qeydiyyatdasınız? Bunu bilmək istəyirsinizsə MSK saytına keçid edib yoxlaya bilərsiniz. Nəsimi-Yasamal dairsəndə seçicisinizsə, ofisimizə də gəlib imza qoya bilərsiniz",-İlqar Məmmədov sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bir müddət əvvəl REAL Partiyası Siyasi Komitəsinin növbədənkənar parlament seçkilərində 13 namizədlə iştirak edəcəyi bildirilib.

 

Избранный
70
3
modern.az

4Источники