AZ

İsveç şirkətinin Gürcüstandakı əməkdaşları tətil elan etdilər

İsveçin “Evolution” oyun tərtibatçısı şirkətinin Gürcüstandakı müəssisəsinin 5 min əməkdaşı iyulun 12-nə tətil elan edib.

Teleqraf.com xəbər verir ki, şirkət əməkdaşları daha yaxşı iş şəraiti və yüksək maaş tələb edirlər.

Etirazlar şirkət rəhbərliyində işçilərin ünvanına yazılan irqçi şərhlərdən ibarət daxili yazışmalar barədə məlumatların sızmasından sonra daha da güclənib.

“Biz az sayda əməkdaşlarımızı təmsil edən yerli həmkarlar ittifaqı, habelə hökumət tərəfindən təyin edilmiş vasitəçilər ilə konstruktiv dialoqu, başa çatdırdıq. Təəssüf ki, razılığa gəlmədik”, - deyə şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Karl Linton bildirib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
7
teleqraf.com

10Mənbələr