AZ

İsveç şirkətinin 5 min əməkdaşı Gürcüstanda tətil elan etdi

İsveçin “Evolution” oyun tərtibatçısı şirkətinin Gürcüstandakı müəssisəsinin 5 min əməkdaşı iyulun 12-nə tətil elan edib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “OC Media” saytı məlumat yayıb.

Bildirilir ki, şirkət əməkdaşları daha yaxşı iş şəraiti və yüksək maaş tələb edirlər.

“Biz az sayda əməkdaşımızı təmsil edən yerli həmkarlar ittifaqı, habelə hökumət tərəfindən təyin edilmiş vasitəçilər ilə konstruktiv dialoqu başa çatdırdıq. Təəssüf ki, razılığa gəlmədik”, - şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Karl Linton deyib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
7
yenisabah.az

10Mənbələr