AZ

İsrail bu dəfə BMT məktəbini vurdu

Oktyabrın 7-dən Qəzza zolağında qırğınlar törətməkdə davam edən İsrail ordusunun Birləşmiş Millətlər Təşkilatına məxsus məktəbə etdiyi hücumlarda 23 fələstinli həyatını itirib.

İsrail güclərinin Qəzza zolağının şimalındakı Cibaliyə bölgəsində bir fələstinli ailənin evinə hücumu nəticəsində çoxlu insan həlak olub.

Qəzza şəhərinin şərqində yerləşən Tuffah, Derc və Köhnə Qəzza nahiyələrinin boşaldılması ilə bağlı isə İsrail qüvvələri xəbərdarlıq edib.

Bölgədə yaşayan fələstinlilər əşyalarını özləri ilə götürərək təhlükəsiz hesab etdikləri yerlərə köçməyə başlayıblar.

Xəbərdarlıqdan dərhal sonra İsrail döyüş təyyarələri və artilleriya birlikləri Qəzza şəhərinin cənub-qərbində Derak, Rimal, Sanayi, Tel əl-Hava, Tuffah və Köhnə Şəhər kimi bir çox ərazini intensiv şəkildə bombalayıblar. Hücumlarda onlarla fələstinli ölüb, çox sayda insan yaralanıb, minlərlə ailə didərgin düşüb.

İsrail Qəzza zolağının mərkəzində yerləşən Bureyc qaçqın düşərgəsinə də hücum edib.

Bir evi hədəf alan hücumda 3 fələstinli həyatını itirib.

İsrail ordusu Qəzzada Fələstin rəsmilərinə qarşı da planlı hücumlar həyata keçirir. Qəzza şəhərinə edilən hücumda hökumətin Əmək Nazirliyinin müşaviri İhab əl-Qasin həlak olub. Onun həyat yoldaşı və qızı da yaxın zamanda İsrailin hücumunda həyatını itirmişdi.

İsrailin 2024-cü il 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 15 min 694-ü uşaq və 10 min 279-u qadın olmaqla 38 min 153 fələstinli həlak olub, 87 min 828 nəfər isə yaralanıb.

Seçilən
105
6
veteninfo.az

8Mənbələr