AZ

İsrail ordusu qaçqın düşərgəsinə hücum etdi, ölənlər var

İsrail ordusunun Qəzza zolağının mərkəzindəki Nusayrat qaçqın düşərgəsindəki bir evi hədəf alması nəticəsində 11 nəfər həyatını itirib.
Vətəninfo.az xəbər verir ki, İsrail qüvvələri düşərgədəki “Hamed” ailəsinin evini hədəf alıb.
Hücum nəticəsində 11 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb. Dağıntılar altındakı ölü və yaralıların çıxarılması istiqamətində işlər davam etdirilir.
Qəzza zolağındakı hökumət İsrailin son 48 saatda beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə edərək azı 320 fələstinlini öldürdüyünü və yaraladığını açıqlayıb.
İsrailin 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 15 694-ü uşaq, 10 279-u də qadın olmaqla 38 664 fələstinli həyatını itirib, 89 097 nəfər də yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.

Seçilən
105
1
veteninfo.az

8Mənbələr