AZ

"Skoda"nın yeni elektromobili necə olacaq? - FOTOLAR

Dünyanın ən populyar avtomobil istehsalçılarından olan "Skoda" yeni modelini təqdim etməyə hazırlaşır.

Hit.az xəbər verir ki, şirkət "Elroq" adlı elektromobil istehsal edib.

Bu avtomobilin təqdimatı payız ayında keçiriləcək. Sözügedən model tamamilə elektrikli olacaq. "Elroq" fərqli görünüşü ilə də diqqət çəkir. 

Ümumiyyətlə, "Elroq" modelinin "50", "60", "85", və "85x" variantları satışa çıxarılacaq. Avtomobil 125-220 kVt arasında güc təklif edən fərqli batareya və versiyaları ilə seçiləcək. 

Üstəlik, "Elroq" tam enerji yığdıqda 560 kilometrdən çox məsafə qət etmə potensialına sahibdir. Sözügedən avtomobilin batereyası isə təxminən 28 dəqiqə ərzində 10 faizdən 80 faizə qədər enerji yığa bilir.

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
hit.az

10Mənbələr