AZ

 Məsud Pezeşkian Güneylilərə necə dəstək olacaq? - Azərbaycanlını prezident seçən İranın bir planı var... 

İranın yeni azərbaycanlı prezidenti Məsud Pezeşkiandan gözlənilən ümidlər çoxdur. Vəzifə başına gələn türkün hansı addımlar atacağı hər kəs tərəfindən maraqla izlənilir. Məsud Pezeşkian uzun illərlədir İranda azərbaycanlılara qarşı törədilən haqsızlıqlara, onların həbsə atılmasına, məhbus həyatı yaşamağa vadar edilməsinə, minlərlə gəncin edam edilməsinə necə münasibət sərgiləyəcək? Həmyerlilərinə qarşı hansı addımlar atacaq?

Bəzi mənbələrin dediyinə görə Pezeşkianın prezident seçilməsi təsadüfi deyil. Farslar sapı özümüzdən olan baltadan azərbaycanlılara qarşı istifdadə edəcəklər.

Mövzu ilə bağlı Referans.az-a Güney Azərbaycanlı siyasi aktivist və AzNews TV (AN. T) televiziyasının baş müdiri Elyar Kamrani danışıb:

“İllərdir ki, istər daxildə, istər xaricdən İranla mübarizələr var. Müxtəlif yollarla rejimi devirməyə başlamışdılar. Amma, bir iş görə bilmədilər. Daxildə “sandıqdan küsmə” prosesi gedirdi və millət səs verməyə qatılmırdı. Bu zaman İran rejimi istədi ki, azərbaycanlıları və türkləri gündəmə gətirsin. Demək olar ki, zaman özü istədi ki, türklər gündəmdə olsunlar. Pezeşkianın təsdiqlənməsi bunu göstərir ki, İran rejiminin özünün bir planı var. Keçmişdə türklərə etimad göstərilən zaman onlar özlərini kənara çəkirdilər və ya insanlar onları qəbul edə bilmirdilər. Pezeşkianın seçilməsi çox sayda oyunları pozacaq. Amma, İranın problemləri elə asan deyil ki, Pezeşkian kimi şəxs onu həll edə bilsin”.

Ekspert bildirir ki, azərbaycanlılar seçkilərdə Məsud Pezeşkianın yanında olmaqla ona dəstəyini göstərdilər: “Mənim fikrimcə, Pezeşkian bəzi məsələləri həll edəcək, amma, bəzi məsələləri də həll edə bilməyəcək. İran rejimi bir türkün prezident olmasını qəbullansa da, onun qarşısına çoxlu maneələr çıxaracaq. Türk-fars davasının olması görünür. İndiki durumda Pezeşkian hələ seçilib, iş başına gəlməyib, amma, bəzi məsələlərdə ümidlər yaranıb. Zamana baxmalıyıq”.

Güneyli siyasi aktivist bildirir ki, Məsud Pezeşkianın and içmə mərasimindən sonra kimləri kabinetinə alacağı və işləri necə qabağa aparacağı önəmli olacaq: “Pezeşkianın prezident seçilməsi İranda millətlər davasında önəmli faktor kimi görünür. İranın ali dini lideri Xamanei var olduğu müddətdə problemlər davam edəcək”.

Şəlalə Babayeva  

Seçilən
176
50
referans.az

10Mənbələr