AZ

Gürcüstanın Aİ-yə üzvlük prosesi dayandırıldı, rəsmi Tbilisiyə açıq xəbərdarlıq edildi: "...digər tədbirlər də nəzərdən keçirilir"

Avropa İttifaqından qonşu Gürcüstana qarşı sərt qərar verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mübahisəli “xarici təsirin şəffaflığı” qanununu qəbul edən Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi dayandırılıb.

Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski paytaxt Tbilisidə iştirak etdiyi tədbirdə faktı təsdiqləyərək, buna təəssüfləndiyini ifadə edib: “Təəssüf ki, Gürcüstanın Aİ-yə üzvlük prosesi hələlik dayandırılıb. Bu qərar son Aİ Liderlər Zirvəsində liderlər tərəfindən verilib. Qərar çərçivəsində Aİ-nin Gürcüstana 2024-cü il üçün ayırdığı 30 milyon avro maliyyə yardımı da dondurulub. Vəziyyət pisləşərsə, digər tədbirlər də nəzərdən keçirilir. Avropa İttifaqı-Gürcüstan münasibətlərinin bütün zamanların ən aşağı nöqtədə olduğunu görmək təəssüf doğurur"

Zülfiyyə

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
40
mia.az

10Mənbələr